Marketdən ərzaq və şampun oğurlayan qadın tutuldu

Marketdən ərzaq və şampun oğurlayan qadın tutuldu
Hadisə 426

Bakıda marketdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “OBA market”də oğurluq olub.

Əraziyə polis əməkdaşları cəlb olunub. Binqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı həmin qadının digər marketdən də oğurluq etdiyi məlum olub. O ümumilikdə 140 manat dəyərində 16 ədəd şampun və ərzaq məhsulları oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər