Ələt-Astara yolunda məşhur restoran yandı - Video
Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun 51-ci km-də Salyan rayonunun Yenikənd kəndinin ərazisində yerləşən "Gülüstan" restoranında yanğın baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, "Gülüstan” restoranının həyətindəki çardağ-salon büsbütün yanıb.
”Gülüstan” restoranı Bakı-Astara yolunda sərnişinlərin xidmətindən istifadə etdiyi ən məşhur məkanlardan biri idi. Maraqlısı isə odur ki, iyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 36-cı km-dəki "Ulduz” restoranı da büsbütün yanmışdı.
Fövqəladə Hallar Nazirliyinin saytı isə hadisə ilə bağlı bildirib ki, Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 51-ci kilometrliyində vətəndaşa məxsus restoranın ərazisində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıya xəstə gətirən təcili yardım maşını KamAZ-la toqquşdu
Bu gün Yardımlı Rayon Mərkəzi Xəstəxanasından Bakı şəhərindəki Respublika Klinik Xəstəxanasına xəstə aparan təcili yardım maşını Ələt-Astara avtomobil yolunun S...