İlin əvvəlindən Bakıda yol qəzalarında 27 nəfər ölüb
"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində 112 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 27 nəfər ölüb, 131 nəfər yaralanıb”.
Bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, ötən ilin müvafiq dörü ilə müqayisədə ölən və yaralananların sayı artıb: "Belə ki, yol-nəqliyyat hadisələrinin sayı stabil qalsa da, 4 ölüm və 17 yaralı sayı artıq olub. Bu da DYP tərəfindən əlavə tədbirlərin görülməsi zərurətini yaradır”.
V.Əsədov deyib ki, hadisələrə səbəb yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır: "Hadisələrin baş verməsinə səbəb kimi təyin olumayan yerlərdən keçən piyadaların vurulması halı 62%, sürət həddinin aşılması 39%, təhlükəli manevrlər və əks istiqamətli yol zolağına çıxılması 27% təşkil edir. Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi ilə bağlı keçirilən tədbirlər nəticəsində 137 mindən artıq inzibati protokol tərtib edilib”. ("Report”)
BAKU.WS
Oxşar xəbərlər
Vaqif Əsədov: "İndiyədək 200 qadın sürücü cərimələrini ödəməyib"
"Biz təhlillər apararkən sükan araxasındakı xanımların da inzibati məsuliyyətə cəlb edilməsinin şahidi oluruq”. Bunu "Report”a Bakı Şəhər Baş Polis İdarəsi Döv...