Əli Həsənovdan “Galendewagen”lə dəhşətli qəza törədən nəvəsi ilə bağlı AÇIQLAMA

Əli Həsənovdan “Galendewagen”lə dəhşətli qəza törədən nəvəsi ilə bağlı AÇIQLAMA
Hadisə 7123
 

Baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənov son günlər medianın gündəminə çevrilmiş nəvəsinin törətdiyi yol qəzasına münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Əli Həsənov gununsesi.info-ya faciəyə səbəb olan qəza barəsində danışmaq istəmədiyini deyib: "Mən heç nə danışmaq istəmirəm. Mənim adımın mediada gündəmə gətirilməsinə gəlincə, hüquqi ölkədə məsuliyyət fərdidir. Çox istərdim ki, media nümayəndələri də bunu başa düşsün. Başqa deyəcəyim bir şey yoxdur”.

Xatırladaq ki, avqustun 4-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada "Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub. Məlum olub ki, sükan arxasında "Qaçqınkom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub.

DİN həmin gəncin cinayət məsuliyyətinə cəlb olunacağını bəyan edib.

BAKU.WS

Son xəbərlər