Əli Həsənov: "Hər bir məmur öz övladına nəzarət etməlidir" (VİDEO)

Əli Həsənov: Hər bir məmur öz övladına nəzarət etməlidir (VİDEO)
Video
Siyasət 12866
 

"Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir?".

BAKU.WS-in primetime.az-a istinadən verdiyi məlumata görə, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov 2014-cü ildə mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir: "Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir".

Qeyd edək ki, ötən gün biri "Mercedes Gelandewagen" olmaqla iki maşın Heydər Əliyev prospektində ötüşüblər. Bu zaman "Gelandewagen" yolu keçmək istəyən piyadanı vurub. Hadisə zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus10 PP 203 dövlət nömrə nişanlı "Gelandewagen" aşıb və yanmağa başlayıb.  Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində Nail Allahverdiyev ağır yaralanıb.

BAKU.WS 

 
 

Son xəbərlər