İlhamə Quliyevanı ölümündən əvvəl şantaj ediblər (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Elgiz Əkbərin ARB-də yayımlanan "Elin gözü" proqramında Müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyeva xalq artisti İlhamə Quliyevadan haqqında maraqlı açıqlamalar verib.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, Samirə Mirəliyeva İ.Quliyevanın şəkər xəstəsi olduğunu lakin bunu hər kəsdən gizlətdiyini bildirib."2009-cu ildə mən İlhamə xanıma kömək edirdim. Bir gün onun halı pisləşdi xəstəxanaya apardılar. İlhamə xanım elə pis idi ki... Elə bil onu qutuya salmışdılar. Ayaqları pis halda idi. 2008-ci ildə ayağından yaralar çıxırdı, şəkər idi bunları hamıdan gizlədirdi, dərin yaraları var idi. Onu mənəvi öldürdülər. İndi miras davası döyənlərə dəfələrlə yığıb deyirdim gəlin, heç olmasa ona bir gün siz baxın. Deyirdilər öləndə gələrik. Ölümündən iki həftə əvvəl vəziyyəti daha da pisləşmişdi, yeriyə bilmirdi. Bir kişi ona zəng edirdi ki, bizdə səsyazıların var, İlhamə xanımı şantaj edirdi. Adını bilmirdik, amma səsini eşidirdik. Bunu çox ürəyinə saldı".
Aynur ƏLəkbərova
BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyeva ölümündən bir-neçə gün əvvəl qəribə addım atıb (FOTO)
"Ilhamə Quliyeva məndən başqa heç kimə etibar etmirdi. Onun var-dövləti bacılarında olsa da, İlhamə xanım diplomatik pasportunu mənə vermişdi. Verdi, dedi ki, Ə...