"İlhamə Quliyeva qorxurdu ki, şəkillər yayılar"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehriban Hüseynovanın rəfiqəsi Kəmalə Rüstəmova ifadə verib.
K.Rüstəmovanın sözlərinə görə, "üzr videosu" yayılmamışdan öncə İlhamə Quliyeva ona zəng edərək Mehriban Hüseynovanın ona xəyanət etdiyini deyib: "Əslində küçə qadınına aid söyüşlərlə dedi, amma mən onu burada deyə bilmirəm. Məni öz evinə dəvət etdi, orada Ülvi Qılınc, Faiq Ələkbərli, Vüqar, Orxan var idi. Səs yazılarını qoşdular, qulaq asdıq. Orada Mehribanın danışıqları var idi, saxta vəsiyyətnamə hazırlanması barədə Vüqarla danışırdılar. Vüqara deyirdi ki, sənin bütün işlərinin üstünü açacağam. Vüqar da ona dedi ki, sənədləri gətir-filan. Sonra mən Mehribanı ora çağırdım. Səs yazılarında mənim barəmdə də pis sözlər demişdi. Ona görə Mehriban içəri girən kimi ona bir sillə vurdum. İlhamə xanım tapşırdı ki, Mehribanın çantasını, pulunu, telefonunu götürün.
Sonra dedi ki, Mehribanın telefonundan deputatların, nazirlərin, bütün vəzifəli şəxslərin nömrələrini silin, yola salın. Bu zaman Vüqar (İlhamənin oğlu) Mehribanı o biri otağa apardı, orada dindirirdi. Vüqar Mehribandan bütün əməllərini etiraf edib-etmədiyini soruşdu, o da təsdiqlədi. Sonra Mehriban kövrəldi, üzr istədi. Bunu da Faiq Ələkbərli kameraya çəkdi. İlhamə dedi ki, Mehriban da mənim kimi sonsuzdur. Onu bağışlayıram, qoy Nazpərinin, Brilliantın, Floranın, Elzanın yanında biabır olmayım".
K.Rüstəmova bildirib ki, Quliyeva onu da təhqir edib: "Görüşdən əvvəl mənə zəng edib dedi ki, telefonunda mənə aid şəkilləri sil, yoxsa səni "poroşok"a çevirərəm. Onu da Faiq eləmişdi, qorxurdu ki, şəkillər yayılar".
Şahid qeyd edib ki, İ.Quliyeva əvvəl M.Hüseynovaya baş etibarnamə verib, bu hadisələr ərəfəsində ləğv etdirib: "İlhamə xanımın Mehribanı həbs etdirmək niyyəti yox idi, olsaydı, onu bağışlayıb üzüyünü verməzdi".
K.Rüstəmova həmin hadisədən öncə baş verənləri danışıb: "Mənə zəng edib Mehribanın saxta sənəd düzəltdiyini deyəndən sonra Mehribana zəng etdim. Dedim nə məsələdi, cavab verdi ki, məni zibilə salıblar. Mən Mehribanın sui-qəsd hazırladığına inanmıram. Çünki İlhamə xanımın ayağı bərbad haldaydı, Mehriban onun sarğısını açıq-bağlayanda ağlayırdı".
Sonda K.Rüstəmova hadisələr zamanı adı hallanan Amil və iş adamı Arif Mehdiyev haqda danışıb: "Amili Mehribanın yanında görmüşəm, əvvəl dedi, xaricə gedib-gəlir, sonra dedi, MTN-də işləyib. Amillə bir dəfə "Elmlər"də oturub çay içib söhbət etmişik, başqa heç bir şey olmayıb".
Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.
-----------
14:17
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Milli.Az report-a istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kəmalə Rüstəmova ifadə verib.
İngilis dili müəllimi olan K.Rüstəmova bildirib ki, mərhum İlhamə Quliyevanı təqsirləndirilən M.Hüseynova vasitəsi ilə tanıyıb: "Mehribanı 2005-ci ildən yaxşı insan kimi tanımışam. İlhamə xanım mənə zəng edib əvvəl təhqir etdi, Mehribanın saxta sənədlə bağlı əlində səs yazısı olduğunu bildirdi. İlhamə xanımın evinə gedəndə, həmin səs yazısını mənə göstərdi. Həmin səs yazısında özümə aid xoş söz eşitmədim deyə, Mehribana bir sillə vurdum. Daha sonra İlhamə xanım onu bağışlayıb, öz üzüyünü Mehribana verdi. Mehriban da ağlayıb, üzr istəyəndə Faiq Ələkbərli həmin anın videogörüntüsünü qeyd etdi".
K.Rüstəmova dindirilərkən vurğulayıb ki, M.Hüseynova İ.Quliyevanın evində olarkən Vüqar Bəkirov onun telefonunu və pulunu əlindən alıb: "İlhamə xanım Mehribanı evinə çağıranda Orxan Nadirov, Vüqar Bəkirov, Faiq Ələkbərli və Ülvi Qılınc da orada olublar. Bu zaman Vüqar onun telefonunu və 300 manat pulunu əlindən aldı. İlhamə xanım isə bildirdi ki, "Mehriban da mənim kimi sonsuzdur, onun telefonunda olan nazir və deputatların nömrələrini silin". Mehribanın bıçaqlanmasını isə bilməmişəm, bundan xəbərim olmayıb. İlhamə xanım bizi həmişə restoranlara aparırdı".
Şahid K.Rüstəmovanın sözlərinə görə, İ.Quliyeva M.Hüseynovaya baş etibarnamə verib: "Daha sonra İlhamə xanım etibarnaməni ləğv etdib. İlhamə xanım Mehribanı çox sevirdi. Hələ də inana bilmirəm ki, bu hadisə baş verib".
Məhkəmənin növbəti iclası sentyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
BAKU.WS
Oxşar xəbərlər
Məhkəmədə İlhamə Quliyevanın milyonlarından danışıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası k...