Lerikə istirahətə gedən şəxs 60 metr hündürlükdəki şəlalədən yıxıldı - FOTO
24
avq
2017
21:06
Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Lerikə istirahətə gedən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Nürəddin oğlu Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb.Qayalıqların arasına yıxılan E. Əliyevi xilas etmək üçün Masallı rayon Yanğından Mühafizə Hissəsinin qəza xilas etmə qrupu hadisə yerinə çağırılıb. Görülən tədbirlərlə o, düşdüyü yerdən çıxarılaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. E. Əliyevin ayağının sındığı bildirilir.BAKU.WS
Oxşar xəbərlər
Masallıda ana və iki azyaşlı övladı yandı
Masallı rayonunda ana və iki körpəsi ağır yanıq xəsarəti alıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Masallının Qızılavar kəndində qeydə alınıb.Kənd sa...