Yasa gedən şəxslər ağır qəzaya düşdülər – ÖLƏNLƏR VAR

Yasa gedən şəxslər ağır qəzaya düşdülər – ÖLƏNLƏR VAR
Hadisə 1713
Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində ağır yol qəzası olub.BAKU.WS-in APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər