Lənkəranda marketdə partlayış: Şəhid qardaşı xəsarət aldı

Lənkəranda marketdə partlayış: Şəhid qardaşı xəsarət aldı
Hadisə 95

Lənkəran rayonunun Şovu kəndində partlayış baş verən marketin xəsarət alan sahibi şəhid qardaşıdır.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan Mahir Cəbrayılov şəhid Mail Cəbrayılovun qardaşıdır. Mail Cəbrayılov 1994-cü ildə torpaqlarımızın müdafiəsi zamanı şəhid olub.

M.Cəbrayılovun anası onkoloji, atası isə ağır yataq xəstəsidir. Hər iki şəxs xəsarət alan Mahir Cəbrayılovun himayəsindədir.

Xəsarət alan Mahir Cəbrayılov ailəlidir, dörd uşaq atasıdır.

*** 13:51

Lənkəranda marketdə baş verən partlayışda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib.  

BAKU.WS xəbər verir ki, bu barədə report-un cənub bürosuna Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Lənkəranda baş verən partlayış nəticəsində 1 nəfər xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Xəsarət alanın bədəninin müxtəlif nahiyələrində bir və ikinci dərəcəli termiki yanıq olub. Həmin şəxs müalicəsinin davamı üçün Bakıdakı Yanıq Mərkəzinə göndərilib.

*** 13:10

Lənkəran rayonunda marketdə partlayış olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Şovu kəndində baş verib.

Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər