Lahıcda şort qadağası xəbərinə rəsmi münasibət

Lahıcda şort qadağası xəbərinə rəsmi münasibət
Hadisə 4669

Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Oxu.Az-a bildirib ki, Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan şəkil 2013-cü ilə aiddir.

Onun sözlərinə görə, 2013-cü ildə elə bu məsələ ilə bağlı İsmayıllı rayonunun Lahıc bələdiyyəsinin üzvü işdən çıxarılıb.

BAKU.WS

Son xəbərlər