Azərbaycanın bu rayonunda turistlərə şort qadağan olundu (FOTO)
24
avq
2016
15:09
İsmayıllının Lahıc qəsəbəsi Azərbaycanın Şirvan zonasının ən çox turist cəlb edən məkanlarından biridir.
Turistlərin diqqətini cəlb edən bu qəsəbədə yerləşən qədim tikililər, tarixi abidələr və yerli əhalinin fəaliyyətdə olan sənətkarlıq emalatxanalarıdır.
Sosial şəbəkələrdə paylaşılan fotoşəkildən məlum olur ki, qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olması barədə xəbərdarlıq edib.
Mədəniyyət və Turizm Nazirliyinin məsələ ilə bağlı mövqeyini öyrənmib mövzuya qayıdacağıq.
virtualaz.org
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana BƏƏ-dən gələn turistlərin sayı yüz dəfə artıb
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım var. Mədəniyyət və Turizm Nazirliyindən BAKU.WS-ə bildirilib ki, təkcə...