Azərbaycan Ermənistanı qabaqladı - REYTİNQ SİYAHISI

Azərbaycan Ermənistanı qabaqladı - REYTİNQ SİYAHISI
Digər 1693
 

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən məhşur kurortlarının adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, reytinq cədvəli "Travel.ru” turizm xidməti tərəfindən hazırlanıb.

Kurortların reytinqi mehmanxana və otellərə 2016-cı ilin yayına olan sifarişlər əsasında tərtib edilib. MDB-nın məhşur kurortları arasında Azərbaycanın Xəzər dənizi sahilində yerləşən şəhərlərinin də adı var.

Məlumatda bildirilir ki, Bakıda və Xəzər sahilində olan digər şəhərlərdə yerləşən çimərliklərin postsovet məkanında analoqu yoxdur. Siyahıda Xudat, Xaçmaz, Astara, Siyazan və qara qumla çimərlikləri ilə məşhur olan Lənkəranın adı xüsusi qeyd edilir. 

Azərbaycan ilıq dənizi, qumlu çimərlikləri və Qafqaz mətbəxi ilə turist cəlb edə bilir.

Siyahıda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Ermənistan, Belarusun adı car. Reytinq siyahısına Qırğızıstanın İssik-Kul gölü sahillərinə yerləşən kurortlar başçılıq edir.

"Qırğız mirvarisi" adlandırılan İssik-Kul gölü dəniz səviyyəsindən 1609 metr yüksəklikdə yerləşir. Paytaxt Bişkekdən 3 saat müddətində gölün ətrafındakı istirahət mərkəzlərinə çatmaq olur.

İssik-Kulda gölünün ətrafındakı təmiz bulaqlar,  buzlu su, qumlu çimərliklər, dağlıq marşrut və digrə gözəlliklər turistləri cəlb edir. Göldə 2015-ci ildə 900 min turist istirahət edib. İstirahət mövsümü iyunun ortasından avqustun sonuna kimi davam edir. 

 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan ən xoşbəxt ölkələrin siyahısına düşdü

Azərbaycan ən xoşbəxt ölkələrin siyahısına düşdü

Birləşmiş Millətlər Təşkilatı və Kolumbiya universiteti birgə yeni araşdırma aparıb. BAKU.WS-in məlumatına görə, araşdırmada dünyanın ən xoşbəxt ölkələrinin a...

1388 Şou-biznes 16:46 16 mart 2016

Son xəbərlər