"Lada Priora"dan tapança tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı nəqliyyat vasitəsi saxlanılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində "MP-654 K. CAL 4,5 MM, T 17063963" yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ölkəyə tapança keçirmək istədilər - FOTO
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan “MAN” mark...