KİV: Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub.
BAKU.WS xəbər verir ki, bu barədə "AnewZ" telekanalının müxbiri Nini Nikoleişvili Sıqnaxi bələdiyyəsində, qəzanın baş verdiyi yerdən məlumat verib.
Qeyd olunub ki, təsdiqlənmiş məlumata görə, dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub.
"Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Axtarış-xilasetmə qrupları və helikopterlər çətin relyef və zəif görmə şəraitində işləyir", - məlumatda deyilir.
Vurğulanıb ki, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.//Report.az
Oxşar xəbərlər
Bakıda 15 yaşlı qızı qaçıran gəncə HÖKM OXUNDU
Bakıda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran gənc Ağstafada saxlanılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 15 yaşlı Şəlalə Qasımova (ad və soyad şər...