İkinci dəfə ailə qurmağa hazırlaşan Dəyanət Rzayevin ÖLÜM SƏBƏBİ

İkinci dəfə ailə qurmağa hazırlaşan Dəyanət Rzayevin ÖLÜM SƏBƏBİ
Hadisə 8065

Psixoloq Dəyanət Rzayevin intiharı haqda məlumat vermişdik.

Psixoterapevt Dəyanət Rzayevin meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosunda ekspertizadan keçirildikdən sonra yuyulmaq üçün məscidə aparılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ekspertizanın yekun nəticəsi 10 gündən sonra məlum olacaq.

Oxu.az bildirir ki, onun asifiksiya, yəni kəskin tənəffüs çatışmazlığı nəticəsində həyatını itirdiyi müyyənləşib.

Yaxınlarının dediyinə görə, D.Rzayev həyat yoldaşından rəsmi qaydada ayrılıb. Onların bu nikahdan 2 övladı var.

"O, ikinci dəfə ailə qurmağa hazırlaşırdı", - deyə yaxınlarından biri bildirib.

Psixoloqun dostlarının dediyinə görə, D.Rzayev bir həftə əvvəl depressiyaya düşüb. O, sosial şəbəkələrdə fəaliyyətini dayandırıb. Bundan əlavə, bir həftədir çalışdığı "Caspian Business Center"dəki iş yerinə gəlmirmiş.

D.Rzayevin yaxınlarının dediyinə görə, onların soyu Qaradağ xanlığının banisi Kazım xana bağlıdır. D.Rzayev ailənin tək övladı olub.

Psixoloqun hüzr mərasimi Nəsimi rayonu Bakıxanov küçəsi 26 ünvanında, yəni atası Mamedin evində keçirilir. D.Rzayev bu gün Biləcəri qəsəbəsindəki qəbristanlıqda dəfn ediləcək.

Xatırladaq ki, psixoterapevt Dəyanət Rzayev ötən gecə yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər