Azərbaycanda məşhur psixoloq kəmərlə boğaraq özünü öldürdü (VIDEO)

Azərbaycanda məşhur psixoloq kəmərlə boğaraq özünü öldürdü (VIDEO)
Hadisə 2310

Psixoterapevt Dəyanət Rzayev intihar edib.

BAKU.WS xəbər verir ki,ailə üzvlərinin APA-ya verdiyi məlumata görə, onun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.

Ailə üzvlərinin bildirdiyinə görə, D. Rzayevin cəsədini anası Şərqiyyə Rzayeva aşkarlayıb. Belə ki, oğlunun davamlı telefon zənglərinə cavab verməməsindən narahat olan ana onun evinə gedib və meyitini aşkarlayıb.

 D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.  

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Hadisə yerinə Yasamal rayon polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

D. Rzayevin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ata övladının ad günündə özünü asdı

Bakıda ata övladının ad günündə özünü asdı

Bakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb. Report-un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Süle...

3393 Hadisə 22:16 12 yanvar 2017

Son xəbərlər