Gülər Əhmədova yeni işə başladı
Sabiq deputat Gülər Əhmədova Psixoterapiya mərkəzində psixoloq kimi fəaliyyət göstərəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Gülər Əhmədova yeni işindən də danışıb.
"Psixologiya elmləri namizədiyəm. Universitetdə də dərs demişəm. Yeni iş yerimdə tətbiqi psixologiya ilə məşğul olacağam. Eyni zamanda, elmi araşdırmalarımız var ki, onu da burada davam etdirəcəyik. Bu günün ən aktual mövzularından olan intiharlarla bağlı araşdırmalarımız var. O sahədə müəyyən layihələr həyata keçirməyi düşünürük. İntiharların profilaktikası ilə bağlı müəyyən fikirlərimiz var. Qismət olsa, psixoloji mərkəzdə onları həyata keçirəcəyik. Eyni zamanda da, tətbiqi psixoloq kimi həm ailə, həm şəxs, həm də konfliktologiya kimi məsələlərlə bağlı işlərimiz olacaq”.
Gülər Əhmədova Psixoterapiya mərkəzinə psixoloq Dəyanət Rzayev tərəfindən dəvət edildiyini deyib.
"Psixoterapiya mərkəzində çalışmağa məni Dəyanət Rzayev dəvət edib. Dəyanət Rzayevlə həmkar kimi çox yaxşı münasibətlərimiz olub. Dəyanət Rzayev hörmət etdiyim və işini qiymətləndiriyim psixoloqdur. Yaxşı və çətin günün dostudur. Psixologiya mərkəzinə məni dəvət edərkən onunla çalışmağa üstünlük verdim”.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda 26 yaşlı gəlin ərini niyə öldürdü? - TƏFƏRRÜAT (VİDEO)
Dünən Bakının Sabunçu rayonu ərazisində 26 yaşlı qadının həyat yoldaşını bıçaqlayaraq öldürməsi faktı ilə bağlı cinayət işi açılıb. Lent.az-ın əldə etdiyi məl...