İntihar edən psixoloqla bağlı YENİ XƏBƏR - İŞ BAŞLADI
Psixoloq Dəyanət Rzayevin intiharı ilə bağlı cinayət işi başlanıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hadisə yerindən D.Rzayevin məktubu, eləcə də onun bəzi şəxsi əşyaları götürülüb.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Dəyanət Rzayev yanvarın 26-na keçən gecə Murtuza Muxtarov 185 ünvanında yerləşən evində özünü asaraq intihar edib.
Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub.
BAKU.WS
Oxşar xəbərlər
İntihar edən psixoloqun son müsahibəsi (VİDEO)
Ötən gün intihar edən məşhur psixoterapevt Dəyanət Rzayevin intiharlar haqqında verdiyi son müsahibəsi yayılıb. BAKU.WS xəbər verir ki, psixoloq intihardan çıx...