Keçmiş polis müstəntiqi qətlə yetirildi

Ötən gün Neftçala rayonunda qətl hadisəsi baş verib.
BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, Neftçala şəhər sakini, 1956-cı ildə anadan olan Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib.
Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.
Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir.
Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSOxşar xəbərlər
Neftçalada Bakı sakininin maşınını yandırdılar
Əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavasov BAKU.WS-ə məlumat verib...
