Kafe sahibi həbs edilib

Kafe sahibi həbs edilib
Hadisə 81

Bərdədə kafenin sahibi həbs edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Kətəlparaq kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən kafe aşkarlayıblar.

Kafenin sahibi Müşfiq Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə portokol tərtib edilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər