Gecə çay evində əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən çay evi aşkarlayıblar.
Çay evinin sahibi Təyyar Musayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Azərbaycanda avtoxuliqanlıq edərək şəhərdə yarış təşkil edən şəxs saxlanıldı - ANBAAN VİDEO
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə...