Polis gecə işləyən kafeni ifşa etdi

09
apr
2021
11:45
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, kafenin işçiləri olan 4 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.
Oxşar xəbərlər
Gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı
Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbə...