Həzrət Sabir məhkəmə zalından azadlığa buraxıldı

Həzrət Sabir məhkəmə zalından azadlığa buraxıldı
Hadisə 1556

Həzrət Sabir ləqəbi ilə tanınan Sabir Abbasov məhkəmə zalından azadlığa buraxılıb.

BAKU.WS  Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sabir Abbasov (Həzrəti Sabir, falçı Sabir) birinci instansiya məhkəməsinin hökmündən verdiyi  şikayət üzrə məhkəmə prossesi yekunlaşıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilərək S.Abbasov barəsində olan 3 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası 1 il 1 ay yarıma endirilib. Sabir Abbasov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ke çən il  fevral ayının 7-də Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıb. Belə ki, Bakı şəhərində yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən "Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü "Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. Guya o, mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində S.Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, cinayət başında tutulub.

S.Abbasov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə S.Abbasov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

BAKU.WS

Son xəbərlər