Hövsanda narkotik becərən şəxs saxlanıldı – FOTO

Hövsanda narkotik becərən şəxs saxlanıldı – FOTO
Hadisə 1348

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində əməliyyat keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Hüseynov saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən 16 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən qurudulmuş formada 1 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı 30-cu Polis Şöbəsində toplanan material araşdırlması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, bu 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə ayda Hövsan qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı həyəta keçirilən 4-cü belə əməliyyat tədbiridir.

BAKU.WS

Oxşar xəbərlər

Ağsu sakinindən narkotik götürülüb

Ağsu sakinindən narkotik götürülüb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul...

1675 Hadisə 19:22 08 avqust 2018

Son xəbərlər