Həyətyanı sahəsində narkotik becərən şəxs saxlanılıb

08
iyn
2018
23:00
Astara Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2018” tədbirlər planı çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Şiyəkəran kəndlərində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Şiyəkəran kənd sakini Rusif Əliyevə məxsus yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı yarımtikilinin içərisində qanunsuz olaraq əkilib becərilmiş 32 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktla əlaqədar Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb.Bu istiqamətdə tədbirlər davam etdirir.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda narkobaron həbs edildi: evində laboratoriya və silah-sursat aşkarlandı
Balakəndə narkobaron həbs edilib, onun yaşadığı evdə narkotik vasitələri istehsal etmək üçün laboratoriya və silah-sursat aşkarlanıb.BAKU.WS xəbər verir ki, Bal...