Hərbçimizin meyiti kanaldan tapıldı
23
apr
2025
16:45
Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub.
O, gizir rütbəsində xidmət edirdi.
İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmadan vəfat edib. Daha sonra Qarabağ suvarma kanalına düşüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumata...