Həbsdə olan atasına narkotik gətirən şəxs tutulub

Həbsdə olan atasına narkotik gətirən şəxs tutulub
Hadisə 512

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Kərimov Raqif Lazım oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu, Masallı rayon sakini Kərimov Həsən Raqif oğlunun üzərinə baxış keçirilən zaman əynindəki pencəyin cibində gizlətdiyi bükülüdə 0,382 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda məhbus əri ilə görüşə gələn qadının alt paltarından heroin çıxdı

Bakıda məhbus əri ilə görüşə gələn qadının alt paltarından heroin çıxdı

Cəzaçəkmə müəssəsinə alt paltarında heroin keçirmək istəyən qadın saxlanılıb.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətin əməliyyat aparatın...

1111 Hadisə 12:57 25 fevral 2019

Son xəbərlər