Əhəd Abıyev *9933 taksi şirkətini alması xəbərindən danışdı : “Bizə bir eşşək bəs edir”
22
sen
2017
14:38
Azərbaycanda fəaliyyət göstərən məşhur “*9933” taksi şirkətinin satılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərdə sözügedən şirkətin “2424” taksi şirkəti tərəfindən alınaraq “Aztaksi” adı ilə fəaliyyət göstərəcəyi bildirib. Qeyd olunan məlumatda “2424” taksi şirkətinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir.Yayılan məlumatla bağlı Bizimyol.info saytı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə alaqə saxlayıb.İcra başçısı açıqlamasında sərt danışaraq bu məlumatı yayanların ermənlərin qohumu olduqlarını bildirib.“Bu məlumatı kim yayıb bilirəm.Bu xəbəri yayanın bibisi, xalası ermənilərdə ərdədir.Ortaya çıxsın məhkəmədə sübüt etməsəm vijdansızam.Düşünmürlər ki, Daşkəsənə taksi nəyə lazımdır.Bizə bir eşşək bəs edir.Dediyim kimi bunu yazanlar şərəfsiz işlərlə məşğuldurlar.Nə taksi, nə almaq bunlar boş söhbətdi.Hərəsi özünə bir jurnalist adı qoyub belə yalan, iftira, təxribat xəbərlər yayırlar. Allah onların cəzalarını versin.”Qeyd edək ki, ölkə.az saytı “2424” taksi xidməti tərəfindən alınan “*9933” taksi xidmətlərinin birləşdirilərək Əhəd Abıyevə məxsus “Aztaksi” adı ilə fəaliyyət göstərəcəyini bildirib.BAKU.WS
Oxşar xəbərlər
Əhəd Abıyev taksi şirkətini aldı - başqa taksi xidməti ilə birləşir (YENİLƏNİB)
Taksi şirkətlərindən biri *2424 taksi şirkəti tərəfindən alınıb. Şirkətin icraçı direktoru Anar Ağayevin BAKU.WS-ə verdiyi məlumata görə, şirkətin *2424 taksi...