Prezidentin toplantısında icra başçısının halı niyə pisləşib? - AÇIQLAMA

Prezidentin toplantısında icra başçısının halı niyə pisləşib? - AÇIQLAMA
Hadisə 2819
 

Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev Prezidentin müşavirəsi zamanı halının qəfil pisləşməsindən danışıb. 

BAKU.WS xəbər verir ki, icra başçısı tədbir zamanı böyük qardaşı İbrahimin ölüm xəbərini aldığını və buna görə də halının pisləşdiyini deyib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda Əhəd Abıyevin halı qəfil pisləşib. Konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb. Ətrafdakı insanlar, media nümayəndələri ona yardım edib, təcili yardım çağırmaq istəyiblər. Lakin icra başçısı həkimə ehtiyac olmadığını bildirib, su istəyib. 

BAKU.WS

Son xəbərlər