Əhəd Abıyev bir yumruqla Daşkəsəni Kolumbiyaya tanıtdı (VİDEO, FOTO)
Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin şifer lövhəsindən hazırlanmış erməni bayrağını sındırması böyük marağa səbəb olub.
BAKU.WS-in məlumatına görə, yerli KİV-də Ermənistan bayrağının Kolumbiya bayrağı olduğu iddia olunub. Ancaq sonradan icra başçısı məsələyə aydınlıq gətirib və bayrağın erməni bayrağı olduğunu vurğulayıb.
Maraqlısı ondadır ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin bu addımı Kolumbiya mətbuatında geniş yer alıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Kolumbiya mətbuatı hadisənin kiçik bir anlaşılmazlıqdan ortaya çıxdığını qeyd edib.
Əhəd Abıyevin Ermənistan bayrağını sındırması xəbəri son nəticədə həm Azərbaycanın Qarabağla bağlı həqiqətlərini, həm də Daşkəsəni Kolumbiya xalqına kifayət qədər tanıdıb.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Erməni bayrağına yumruq atan icra başçısının barmaqları sındı (VİDEO)
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 9 noyabr tarixində keçirilmiş tədbirdə Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırm...