Əhəd Abıyev taksi şirkətini aldı - başqa taksi xidməti ilə birləşir (YENİLƏNİB)
Taksi şirkətlərindən biri *2424 taksi şirkəti tərəfindən alınıb.
Şirkətin icraçı direktoru Anar Ağayevin BAKU.WS-ə verdiyi məlumata görə, şirkətin *2424 taksi şirkəti tərəfindən alınması iddiaları əsassızdır. "Biz sadəcə olaraq adımızı dəyişib "Aztaksi" qoymuşuq. Sənədlərlə bu adla fəaliyyət göstərəcəyik.
Bu müddətdə rəhbərlikdə kimlər idisə, indi də həmin şəxslər vəzifələrində qalıblar", - deyə Anar Ağayev bildirib.
***11.34 Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətlərindən biri satılıb. "Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət "Aztaksi" adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə "Az taksi" adı ilə mesajlar da göndərilir. Qeyd edək ki, *2424 və "Aztaksi" şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edərək fəaliyyət göstərir.Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmayıb.
Oxşar xəbərlər
MARAQLI HADİSƏ: Taksi şirkəti müştərini aldatdı! - VİDEO
Müştəri taksi şirkəti tərəfindən hüquqlarının pozulduğunu iddia edir. O deyir ki, şirkətin bir gündə 2 sifarişinə laqeyd yanaşması onun vaxt itkisinə səbəb olub...