Gürcüstanda azərbaycanlıların toyunda baş verən insidentlə bağlı SAXLANILANLAR VAR

Gürcüstanda azərbaycanlıların toyunda baş verən insidentlə bağlı SAXLANILANLAR VAR
Foto
Hadisə 200

Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb, üç nəfər isə məsuliyyətə cəlb olunub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, saxlanılan şəxslər bir neçə maddə ilə ittiham edilirlər.

İstintaqla müəyyən edilib ki, Qardabanidə yaşayan altı nəfər arasında yaranan mübahisə fiziki qarşıdurmaya keçib və nəticədə iki nəfərə soyuq silahla xəsarətlər yetirilib.

Bildirilir ki, hadisə zamanı, həmçinin bir nəfər qəsdən maşınını iki nəfərin üzərinə sürüb, nəticədə bir nəfər hadisə yerində ölüb. Təcili yardım heyəti dörd yaralı şəxsi isə xəstəxanaya çatdırıb.

Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməllərinə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, insident Qara Təhlə kəndində keçirilən azərbaycanlıların toy mərasimində baş verib.

*** 11:58

Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarətlər alması ilə nəticələnib.

Gürcüstanda azərbaycanlıların toyunda baş verən insidentlə bağlı SAXLANILANLAR VAR

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə davam edib.

Məlumata görə, Fail Əliyev və Aydın Məmmədov adlı şəxslər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra A.Məmmədovun övladları F.Əliyevin evinə hücum ediblər. Qarşıdurma zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb.

Xəsarət alan şəxslər ərazini tərk edərkən avtomobillə F.Əliyevin üzərindən keçiblər. Nəticədə o, hadisə yerində keçinib.

Yaralanmış digər şəxslər Rustavidəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Gürcüstanda azərbaycanlıların toyunda baş verən insidentlə bağlı SAXLANILANLAR VAR

Son xəbərlər