Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda Azərbaycan vətəndaşı qanunsuz sərhəd keçidinə görə saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Kvemo Kartli Polis Departamentinin əməkdaşları keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
İlkin araşdırmalara görə, 1998-ci il təvəllüdlü Ç.G. sərhəd nəzarət məntəqəsindən yan keçərək qanunsuz şəkildə Gürcüstan ərazisinə daxil olub. Hüquq-mühafizə orqanları onu Tbilisi–Marneuli yolunda avtomobil idarə edərkən saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub. BAKU.WS-...