Gürcüstanda ağır yol qəzası olub, 9 azərbaycanlı xəsarət alıb
06
sen
2018
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub."Report"un Gürcüstan bürosunun xəbərinə görə, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.Xəsarət alanların qohumlari "Report"a bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.BAKU.WS
Oxşar xəbərlər
Nabranda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb."Report"un Şimal bürosunun verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5...