Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları saxlanılıblar.
Xəbərdə bildirilir ki, araşdırmalar zamanı həmin şəxslərin Gürcüstanda qanunsuz yaşadıqları müəyyənləşib. Onların yaşayış yerlərində axtarışlar aparılıb, iş yerləri də yoxlanılıb.
Bütün saxlanılanlar müvəqqəti saxlama mərkəzinə aparılıb, onların deportasiyası ilə bağlı müvafiq proseduralar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub. BAKU.WS-...