Gürcüstanda 20 yaşlı qızı qaçıran azərbaycanlılar saxlanıldılar
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Marneuli rayonunda iki azərbaycanlı şəxs azadlıqdan məhrumetmə ittihamı ilə saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.
Məlumata görə, 2004-cü il təvəllüdlü N.A. Marneulinin kəndlərindən birində 2006-cı il təvəllüdlü qızı evlənmək məqsədilə qaçırıb.
2000-ci il təvəllüdlü S.B. adlı şəxs isə sözügedən cinayət əməlində iştirak edib.
Aparılan araşdırmalar nəticəsində hər iki təqsirləndirilən şəxs cinayəti törətdikdən qısa müddət sonra ələ keçib.
Faktla bağlı cinayət işi açılıb. Azərbaycanlı gənclərin əməllərinə görə 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda ucuz "iPhone" satışı adı altında vətəndaşları aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta elanlar yerləşdirərək vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslə bağlı polisə müraciətlər daxil olub. BAKU.WS-...