Gürcüstan azərbaycanlı da daxil olmaqla 86 əcnəbini deportasiya edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 86 xarici vətəndaşı ölkədən deportasiya ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Miqrasiya Departamenti tərəfindən nazirliyin aidiyyəti qurumları ilə birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 86 nəfər Gürcüstandan çıxarılıb.
Qeyd olunub ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq məhdudiyyət tətbiq edilib.
Oxşar xəbərlər
Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü
Ağdaş rayonunda gəlininin evinə qanunsuz basqın etməklə onu bıçaqlamaqda təqsirləndirilərək həbs edilən 72 yaşlı kişi istintaq təcridxanasında ölüb. BAKU.WS Oxu...