Göygöldə sərnişin avtobusu məktəb binasına çırpıldı: 8 yaralı

Göygöldə sərnişin avtobusu məktəb binasına çırpıldı: 8 yaralı
Hadisə 441
Göygöl rayonunda sərnişin mikroavtobusu qəzaya uğrayıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə? rayonun Aşıqlı kəndində mikroavtobus idarəetmədən çıxaraq məktəb binasına çırpılıb. Nəticədə 8 nəfər xəsarət alıb. Onlardan sürücü Goranby rayon sakini 1992-ci il təvəllüdlü Elşad Şükürov, 2014-cü il təvəllüdlü Novruz Məmmədov dövlət xəstəxanasına yerləşdirilib. Digər 6 nəfər isə özəl xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

Son xəbərlər