SON DƏQİQƏ: Toydan qayıdan mikroavtobus yük maşını ilə toqquşub - Ölən var - VİDEO/FOTO (YENİLƏNİB)

SON DƏQİQƏ: Toydan qayıdan mikroavtobus yük maşını ilə toqquşub - Ölən var - VİDEO/FOTO (YENİLƏNİB)
Foto Video
Hadisə 2148

Göygöl rayonunda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəzada ölən şəxs 1986-cı il təvəllüdlü Daşkəsən rayon sakini Həsənova Südabə Lətif qızıdır. Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb.

Yaralılardan biri azyaşlıdır.

23:00

Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yeni Qızılca kəndində "QAZel" markalı mikroavtobus "ZİL" markalı yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində qadın sərnişinlərdən biri ölüb. Onların toydan qayıtdığı ehtimal olunur.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər