Şəmkirdə ağır yol qəzası olub, ölənlər var

Şəmkirdə ağır yol qəzası olub, ölənlər var
Hadisə 1586

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, kənddə 2 avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.

Onların şəxsiyyəti də dəqiqləşdirilib: Əmraslanov Ramil Söhrab oğlu, Əmraslanov Habil Hüseyn oğlu və Əmraslanov Şahin Hüseyn oğludur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər