Göygöldə içində bir ailənin 4 üzvü olan maşın çaya aşdı

Göygöldə içində bir ailənin 4 üzvü olan maşın çaya aşdı
Hadisə 137

Göygöl rayonunun Çaylı-Pənahlılar yolunda "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq çaya aşıb, 4 nəfər xəsarət alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində bir ailənin 4 üzvü - 1995-ci il təvəllüdlü V.İsmayılov, 2003-cü il təvəllüdlü A.İsmayılova və övladı, 1 yaşlı Ş.İsmaylov, habelə sürücünün anası A.İsmayılova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər