Göyçayda obyekt yanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan mağazanın lambirdən ibarət tavanı və dam örtüyünün taxta atmaları 15kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Rəqqasın həyat yoldaşı qeyd edib...