Goranboy sakini xəstəxanada ÖLDÜ: Yaxınları həkimlərdən ŞİKAYƏTÇİDİR
Yeniliklərdən dərhal xəbərdar olun
Səfikürd kənd sakini xəstəxanada dünyasını dəyişib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, təxminən üç ay öncə başqa tibb müəssisəsində ürək əməliyyatı olunan 1960-cı il təvəllüdlü E.Bayramovun evdə qəfildən halı pisləşib.
Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxsin təzyiqi ölçülüb və ona iynə vurulub. Bundan sonra yaşlı kişinin halı daha da ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları həkimlərdən şikayətçidirlər. E.Bayramovun nəşi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Həsən Həsənov Füzuli aeroportunun əməkdaşı imiş, İmişlidəki qəzada öldü
İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi yeni deta...