Gömrükçülər külli-miqdarda pirotexniki vasitələr aşkarlayıb - VİDEO
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli-miqdarda pirotexniki vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
BAKU.WS bu barədə DGK-ya istinadən xəbər verir.
Məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə şabalıd yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Renault" markalı, 90 UN 576 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan şabalıd yükünün içərisində müxtəlif markalı pirotexniki vasitələr - 264 228 ədəd petarda və 4 281 ədəd fişəng aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qanunsuz yolla avtomobil ehtiyat hissələri gətirən Azərbaycan vətəndaşı saxlanılıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi saxl...