Gəncədə qanunsuz aksiya dağıdıldı - Polis yaralandı
10
iyl
2018
22:27
Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində aksiyanın qarşısı alınıb.Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir.Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda əməliyyat - Polis yaralandı
Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliy...