Sürücünün barmaqları mühərrikin içində ilişib qaldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən BAKU.WS-ya verilən məlumata görə, dərhal FHN Gəncə Regioal Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş avtomobilində təmir işləri apararkən barmağının mühərrikin içində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşa müvafiq köməklik göstərilərək xilas edilib .
Oxşar xəbərlər
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması...