Çörəkbişirmə sexində əli xəmir qarışdıran qazanda qalan qadın xilas olunub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən supermarket daxilində fəaliyyət göstərən çörəkbişirmə sexində bir nəfərin əlinin xəmir qarışdıran qazanda sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın yaranması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş 1975-ci il təvəllüdlü Z.Ağayeva xəmir qarışdıran qazanı təmizləyərkən ehtiyatsızlıqdan əli qazanda ilişib qalıb.
Xilasedicilər xüsusi vasitələrlə zərərçəkmişin əlini çıxararaq xilas olunmasını təmin ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...