Kütləvi zəhərlənmə ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalar başlayıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".
***08:10
Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların tortdan zəhərləndikləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd...