Gəncə şəhərində silah-sursat tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilən məlumata görə, dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib.
Araşdırmalar zamanı oradan 1 ədəd alışqanı ilə birlikdə “RQH-D”, 1 ədəd “F-1”, qumbaraları və 102 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Gəncə terroru və kütləvi iğtişaşlarla bağlı daha iki nəfər həbs olundu – RƏSMİ
2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaş...